10 May-Müasir Azərbaycan dövlətinin
memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə
böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günnüdür.
Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı
olması ilə qürur duyan bu böyük şəxsiyyətin
həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisin naminə apardığı mübarizəyə
həsr olunub. Odur ki, Azərbycaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil
azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində
daim yaşayır və yaşayacaq. Azərbaycan tarixinin önəmli bir dövrün XX əsrin
ikinci yarısı, XXI başlanğıcı onun adı ilə bağlıdır. Görkəmli şəxsiyyət
Heydər Əliyev hələ Sovet Azərbaycana rəhbərlik edən dövrlərdə həyata keçirdiyi
çoxşaxəli fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına,
azadlıq, müstəqillik duyğularının baş qaldırmasına gətirib çıxartmışdır.
Ulu Öndər özünün başladığı nəhəng
işlərin uğurla icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki
imkanların tükənmədiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına
müraciət ünvanladı.
“İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələnin planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev Başa çatdıra biləcək. Mən ona özüm fəxrlə inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm. Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaq görənliyini
Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyev son 19 illik Prezidentlik fəaliyyəti
ilə təsdiqlədi. Ulu Öndər bu gün cismən aramızda olmasa da onun ruhu çox
şaddır. Dahi Liderin arzuları reallaşdı, Azərbaycan öz tarixi torpaqlarına
qovuşdu. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
sözlə yox əməldə real və məğlubedilməz ordusu ermənistanın ardıcıl təxribatlarına
və yeni işğal planlarının qarşısını almaq, işğal olan torpaqlarımızın azad etmək məqsədi ilə
sentyabrın 27 dən etibarən səfər yürüşünə başladılar. 44 gün davam edən hərbi əməliyyatlar
çərçivəsində Azərbaycan ordusu ermənistanın 30 il ərzində Qarabağda qurduğu
istehkamları darmadağın etdi, işğal altında torpaqlarını düşməndən azad etdi. Nə
qədər ki, qədir bilən xalqımız var, nə qədər ki, müstəqil Azərbaycan var, Ulu
Öndər daima qəlblərdə yaşayacaq, xatirəsi ehtiramla yad olacaq.
Ülviyyə Haqverdiyeva,Xocalı rayon gənci